azia.az
azia.az

Deputat: “Heç kəsə siyasi mövqeyinə və ya qohumluq əlaqələrinə görə hüquqi məsuliyyət tətbiq edilə bilməz”

Bu gün, 12:12

“Xaricdə yaşayan bəzi "şəxslər" iddia edirlər ki, guya onların Azərbaycandakı qohumlarına siyasi fəaliyyətlərinə görə təzyiq göstərilir və ölkədən çıxışlarına maneələr yaradılır. Burada əsas prinsip çox sadədir: hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Hər hansı şəxsin qohumunun adının cinayət işində hallanmasını onun xaricdəki fəaliyyəti ilə əlaqələndirmək nə hüquqi, nə də məntiqi baxımdan doğrudur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat xatırladıb ki, Azərbaycan hüquqi dövlətdir: “Heç kimə siyasi mövqeyinə və ya qohumluq əlaqələrinə görə hüquqi məsuliyyət tətbiq edilə bilməz, eyni zamanda hüquq və azadlıqlar heç kimə qanun pozuntusu törətmək imtiyazı vermir. Əgər konkret şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulubsa, bunun hüquqi əsası araşdırılmalıdır. Məsələni hansısa şəxsin xaricdəki siyasi fəaliyyəti və ya dövlət nümayəndələri haqqında səsləndirdiyi təhqirlərlə əlaqələndirmək düzgün deyil. Digər tərəfdən, xaricdə yaşamaq heç kimə qanundan üstün olmaq imkanı vermir. Dövlətə qarşı qanunsuz çağırışlar, təhqir və digər hüquqazidd əməllər törədilirsə, bunlara da hüquqi qiymət verilməlidir. Qanunun qarşısında nə siyasi status, nə xaricdə yaşamaq, nə də qohumluq münasibəti immunitet yaradır. Hüquqi dövlətdə heç kim nə təzyiq obyekti olmamalıdır, nə də qanundan üstün. Hər kəsin hüququ qorunur, hər kəs də öz əməlindən məsuldur”.

 

Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi