azia.az
azia.az

Rəsmi Moskvadan Türkiyəyə gözlənilməz mesaj:"Bütün sanksiyalar bu həftə içində qaldırılacaq"

17-05-2017, 14:45

Rəsmi Moskvadan Türkiyəyə gözlənilməz mesaj:"Bütün sanksiyalar bu həftə içində qaldırılacaq"


Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç Türkiyəyə qarşı tətbiq olunan iqtisadi sanksiyanın bu həftə tam ləğv ediləcəyinin mesajını verib.

Strateq.az xəbər verir ki, bu barədə Rusiyanın "Sputnik" agentliyi məlumat yayıb.

Nazir müavini bildirib ki, sanksiyanın tam ləğvi üçün bu həftə ərzində sənədləşmələr bitəcək:

"Artıq müvafiq sənədləşmənin 99 faizi həll olunub. Bəzi nöqtələr üzərində iş gedir. Protokol imzalanar, imzalanmaz, türk məhsullarına tətbiq olunmuş sanksiyalar aradan qaldırılacaq. Hesab edirəm, mayın 22-də İstanbulda keçiriləcək Qaradəniz İqtisadi Əməkdaşlıq Zirvəsinə qədər məsələ bitəcək və bu, Türkiyə-Rusiya münasibətlərində bir irəliləyiş olacaq".

Məlumatda Türkiyəyə qarşı pomidor sanksiyasının da aradan qaldırılacağı qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi