azia.az
azia.az

Ankaranın buğda sanksiyasına Moskvanın cavabı — "Eyni cavabı verəcəyik"

3-04-2017, 14:30

Ankaranın buğda sanksiyasına Moskvanın cavabı — "Eyni cavabı verəcəyik"


Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç türk-rus münasibətlərinə aid yeni açıqlama verib.

"Ölkə.Az" xəbər verir ki, açıqlama Türkiyənin rus məhsullarına tətbiq etdiyi sanksiyalar ilə əlaqəlidir.

Açıqlamada deyilir: "Türkiyə rus məhsullarına qadağa tətbiq etməyə davam etsə, biz də eyni cavabı vermək məcburiyyətində qalacağıq. Belə bir vəziyyətdə məntiqin qazanacağına ümid edirəm".

Qeyd edək ki, 15 mart tarixindən bu yana Rusiya buğdanı vergisiz göndərmə haqqına sahib olan ölkələr siyahısından Türkiyənin adını çıxarıb. Rus ixracatçılar buğdanı Türkiyə bazarlarına 130 %-lik vergi ilə göndərirlər. Belə bir vəziyyətdə Türkiyə tərəfi Rusiyadan buğda alma məsələsinə sanksiya tətbiq edib.

Hikmət
Ölkə.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi