azia.az
azia.az

"....Bu alçaq hücum nifrətdən doğan cinayətdir, islamofobiyadır"

6-07-2023, 14:22

"İsveçdə Qurani-Kərimə qarşı hücumlar heç bir humanitar əsasla uzlaşa bilməz. Bu nifrət cinayətinin polis nəzarəti altında törədilməsi çox ağırdır".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamasında deyib.

O bildirib ki, Quranı yandırmaq kimi bir azadlıq ola bilməz: 

"Qurani-Kərimə edilən hücumu İsveçdə baş vermiş sadə bir hadisə kimi qiymətləndirə bilmərik. Bu hadisə hamımızı qəzəbləndirib. Bunlar İslamofobiyanın yeni təzahürləridir. 

Bu alçaq hücum nifrətdən doğan cinayətdir, islamofobiyadır".


Aysu
Demokrat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi