azia.az
azia.az

İran Prezidenti qonşu ölkələri hələ indi xatırlayıb

22-05-2023, 09:00

İran Prezidenti İbrahim Rəisi administrasiyasının xarici siyasətində qonşu və müsəlman ölkələri ilə əlaqələrin gücləndirilməsinə yönəldiyini deyib.

Cebhe.info “Mehr”-ə istinadən xəbər verir ki,

İran Prezidenti bazar günü günorta Nazirlər Kabinetinin iclasında çıxışı zamanı İslam inqilabının rəhbərinin Xarici İşlər Nazirliyinin səfirləri və rəsmiləri ilə dünənki görüşündə söylədiyi fikirləri xatırladıb. Bildirib ki, müsəlman, qonşu və dost ölkələrlə.əlaqələr, qarşılıqlı fəaliyyətin gücləndirilməsi vacibdir. 

Rəisi vurğulayıb ki, təkcə Xarici İşlər Nazirliyi deyil, bütün idarələr bu məsələ ilə ciddi məşğul olmalıdır.

İran Prezidenti həmçinin müsəlman, qonşu və müttəfiq ölkələrlə əlaqələrin səviyyəsinin yüksəldilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətləri bütün aparatların vəzifəsi kimi qiymətləndirib:

“Hədəf ölkələrlə əlaqələr demək olar ki, son iki ildə əhəmiyyətli dərəcədə yaxşılaşsa da, mövcud imkan və potensiala uyğun olaraq daha sıx əlaqələr üçün imkanlar var”.

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi