azia.az
azia.az

“Holdinqlər kralı”na məxsus daha 11 şirkət ləğv olunur (SİYAHI)

15-02-2023, 13:17

Azərbaycanda 11 şirkət ləğv olunaraq "Azərtac Holding” MMC adlı şirkətə qoşulur.
 
Yeniavaz.com xəbər verir ki, "Azərtac Holding” MMC və ləğv olunan 11 şirkət eyni hüquqi ünvanda - Sumqayıt şəhəri, Corat ŞTQ, Niyazi küçəsi, ev 187A-da yerləşir. Şirkətlərin qanuni təmsliçiləri də eyni şəxsdir – Məmmədov Fəxrəddin Abuzər oğlu.
 
Onu da bildirək ki, 2019-cu ildə də 11 şirkət ləğv olunaraq "Fatih Holding” MMC adlı şirkətə qoşulub. O zaman da ləğv olunan şirkətlərin qanuni təmsilçisi Məmmədov Fəxrəddin Abuzər oğlu olub və bu şirkətlər də eyni ünvanda yerləşiblər.
 
Qeyd edək ki, mövcud qanunvericiliyə görə "beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər” riskli vergi ödəyicisi hesab olunurlar.
 
Lakin maraqlıdır ki, onlarla şirkətin qanuni təmsilçisinin (icra orqanının rəhbəri) eyni şəxs olmasına baxmayaraq bu şirkətlər müxtəlif dövlət qurumlarının keçirdiyi onlarla tenderin qalibi olublar.
 
Məsələn, Məmmədov Fəxrəddin Abuzər oğlunun rəhbərlik etdiyi "Fatih Holding” MMC ötən il "HİDROTEX"  MMC-nin Ceyranbatan su anbarının cənub hissəsində cari təmir işlərinin görülməsiylə bağlı keçirdiyi 43 min 757 manatlıq tenderin qalibi olub. Bundan başqa "Fatih Holding” ötən il AMEA-nın, "Sabunçu Tibb Mərkəzi”nin, Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının keçirdiyi tenderlərdə də qalib olmağı bacarıb.
 
Məmmədov Fəxrəddin Abuzər oğlunun rəhbərlik etdiyi şirkətlərdən bəziləri bunlardır:
 
 
Ləğv olunaraq "Azərtac Holding” MMC-yə birləşən şirkətlərin siyahısı:
 "ÜMMAN HOLDİNG" (VÖEN - 2902949811)
"XƏZƏRİN ULDUZU" (VÖEN - 2902695081)
 "KLASTER COMPANY" (VÖEN - 2903200211)
 "DEFACT F" (VÖEN - 2903148901)
"GRAND HOLDİNG" (VÖEN - 2903289921)
"LYUKS HOLDİNG" (VÖEN - 2903281551)
"PERFECT COMPANY" (VÖEN - 2903215741)
"TAC HOLDİNG" (VÖEN - 2902797521)
"TAC İNTERNATİONAL" (VÖEN - 2900705831)
 "ŞAH İNVEST" (VÖEN - 2902610041)
"TAC" (VÖEN - 2901281001)
Ləğv olunaraq "Fatih Holding” MMC-yə birləşən şirkətlərin siyahısı:
"LEGAL HOLDİNG" (VÖEN - 2903292971)
 "LEGEND LTD" (VÖEN - 2903311931)
 "OPTİMAL GROUP" (VÖEN - 2903216121)
 "KƏCAVƏ" (VÖEN - 2903014071)
"QALAKTİKA HOLDİNG" (VÖEN - 2902949941)
 "QALAKTİKA CSD" (VÖEN - 2902725871)
 ALİANS LTD" (VÖEN - 2903198231)
"FAKTOR COMPANY" (VÖEN - 2903201821)
 "İNTER SİNDİKAT" (VÖEN - 2903148881)
 "STİMUL GROUP"( VÖEN - 2903295341)
"DİAMOND HOLDİNG" (VÖEN - 2903301281)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi