azia.az
azia.az

Pakistanlı elm xadimlərindən Şuşa-Xankəndi yolunda keçirilən ekoloji terrora qarşı aksiyaya qardaşlıq dəstəyi

21-12-2022, 08:12


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin və Pakistandakı Azərbaycan Səfirliyinin iştirakı ilə “Azərbaycan-Pakistan əlaqələri” mövzusunda Lahor Dövlət Kollec Universiteində keçirilən beynəlxalq konfransın iştirakçıları, pakistanlı müəllim və tələbələr, ölkənin elmi ictimaiyyəti Qarabağda Xankəndi yolunda Azərbaycan vətəndaşlarının keçirdikləri ekoloji terrorizmə qarşı aksiyasına dəstək nümayiş etdirərək həmrəyliklərini ifadə ediblər.

Konfransın iştirakçıları ayaq üstə “Yaşasın Azərbaycan”, “Yaşasın Azərbaycan-Pakistan qardaşlığı və birliyi” şüarları səsləndiriblər.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalqına verdikləri qardaşlıq dəstəyinə görə Lahor Dövlət Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə və tələbələrinə dərin minnətdarlığını bildirib.

https://www.youtube.com/watch?v=4jSyhlcZRO8

 

AMEA Rəyasət Heyəti aparatının 

Media və informasiya şöbəsi

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi