azia.az
azia.az

Naxçıvanın maliyyə naziri niyə həbs olundu? - Yeni detallar

28-11-2022, 19:02

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, Rafael Əliyev 19 avqust 2020-ci ildə maliyyə naziri təyin edildikdən sonra Naxçıvan Gömrük Komitəsində bütün maliyyə məsələləri onun nəzarətində olub. 

O, Naxçıvan gömrüyü ilə bağlı bütün hesabatları alıb və qeyri-rəsmi Bakıya (Azərbaycan Dövlət Gömrük Komitəsinə) hesabat vermirmiş.
Dövlət Gömrük Komitəsi ilə birbaşa əlaqələrə də qadağa qoyubmuş. Əks halda işçilər işdən qovular və yaxud ən yüngülü töhmət verirlərmiş. 

Rafael Əliyevə bu işdə ona dəstək verən isə yerinə təyin olunan Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi, hazırda həbsdə olan Mənsur Əsgərov olub.

Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəyli də bu qaydalara göz yumub, deyilənlərlə razılaşırmış. 

Onlar işlədikləri dövr ərzində birlikdə büdcəni "doldurmaqla" bərabər, "büdcədən kənar” yığımlar sistemini də formalaşdırmağı "bacarıblar”.
Nəticədə sahibkara, gömrüyü keçən insanlara xeyli miqdarda da zərər veriblər.  

Azərbaycan Dövlət Gömrük Komitəsini dinləməyən, yalnız öz qaydaları ilə sözügedən qurumu idarə edən nazir və onun ətrafı ilə bağlı hazırda Dövlət Təhlükəsiz Xidməti tərəfindən araşdırma gedir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi