azia.az
azia.az

Ərdoğan Qazaxıstana gedir

8-10-2022, 08:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 12-13-də Astanada rəsmi səfərdə olacaq.

Xəbər verilir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, oktyabrın 13-də Prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI sammiti keçiriləcək.

Bildirək ki, sammit çərçivəsində Qazaxıstan prezidentinin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Sevinc Tapdıqqızı



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi