azia.az
azia.az

Bayden impiçmentlə üzləşə bilər

31-08-2022, 08:38


Respublikaçılar noyabrda ABŞ-da aralıq seçkilərdən sonra ölkə Prezidenti Cozef Baydenə qarşı impiçment elan etməyə hazırlaşırlar.
Bayden impiçmentlə üzləşə bilər
Xəbər verilir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, artıq bir sıra mühafizəkarlar indiki Konqresə prezidentə qarşı impiçment maddələri təqdim ediblər. Onlar Baydeni sərhəd nəzarəti, koronavirus pandemiyası və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması da daxil olmaqla bir sıra məsələlərə yanaşmasında "ağır cinayətlər" törətməkdə ittiham edirlər.

Respublikaçıların qarşıdan gələn seçkilərdə Nümayəndələr Palatasında çoxluğu qazanacağı gözlənilir, mühafizəkarlar isə uyğun olmayan lider kimi gördükləri prezidenti devirmək üçün potensial yeni səlahiyyətlərindən istifadə etmək istəyirlər.

Əgər bu baş verərəsə ABŞ tarixində impiçmentlə üzləşən beşinci dövlət başçısı Cozef Bayden olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi