azia.az
azia.az

Laçında Azərbaycan XTQ əsgərinin hərəkəti Türkiyədə də GÜNDƏM OLDU - Hər kəs bundan danışır (VİDEO)

28-08-2022, 09:20

Laçında Azərbaycan XTQ əsgərinin hərəkəti Türkiyədə də GÜNDƏM OLDU - Hər kəs bundan danışır (VİDEO)
Dünəndən etibarən Laçın şəhəri ilə Zabux və Sus kəndlərinə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri nəzarət edir. Azərbaycan Ordusunun əsgərləri Laçında Türkiyə bayrağı qaldırıb və bu, türklər üçün sürpriz olub.

Azia.az xəbər verir ki, bu barədə Türkiyənin “Haberler.com” agentliyi məlumat yayıb. Agentlik bu sürprizdən qürurlandıqlarını qeyd edib.

“Azərbaycan və Ermənistan liderlərinin diplomatik təmasları davam edərkən, Əliyev Laçın dəhlizini nəzarətə götürdüklərini açıqlayıb. Şəhərə ilk dəfə daxil olan əsgərlər arasında Azərbaycan Əlahiddə Ümumqoşun Ordusunun əsgərləri də olub.

Əsgərlər şəhərdə Azərbaycan bayrağını sancıblar. Bununla belə, əsgərlərin Türkiyə üçün sürprizi də olub.

Azərbaycan Əlahiddə Ümumqoşun Ordusunun əsgərləri şəhərə daxil olduqdan sonra Türkiyə bayrağı qaldırılıb. Bayrağı açan əsgərin “Türkün qüdrətini gördünüz, bundan sonra da görəcəksiniz” sözlərini işlətdiyi eşidilir.

Digər tərəfdən Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Prezidentin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, görüşdə Türkiyə-Azərbaycan əlaqələri və regional inkişaflar müzakirə edilib. Prezident Ərdoğan dünəndən etibarən Laçın şəhəri ilə Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsindən məmnunluğunu və təbriklərini çatdırıb”, – deyə agentlik yazıb. Konkret.az



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi