azia.az
azia.az

“Laçın şəhəri və Zabux kəndi Azərbaycana qaytarılacaq” — PAŞİNYAN

28-06-2022, 08:36

“Laçın şəhəri və Zabux kəndi Azərbaycana qaytarılacaq” — PAŞİNYAN
“Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”. Bu barədə Ermənistanın Baş naziri Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfrasında bəyan edib.
Paşinyanın sözlərinə görə, yeni marşrut Üçtərəfli Bəyanatda əks olunub. Baş nazir bildirib ki, yeni çəkilən yolun rus sülhməramlılarının nəzarətində olması üçün Rusiya ilə
müzakirələr aparırlar.

Paşinyan deyib ki, Laçın şəhəri və Zabux kəndi Azərbaycanın nəzarətinə keçəcək. Bu ərazilərdə yaşayan ermənilər yaşayış evləri ilə təmin olunacaq.

Hazırda Laçından yan keçən yeni yol Azərbaycan tərəfindən çəkilir. /cebheinfo.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi