Ərdoğan Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin təsdiq edilməsi barədə qərar imzalayıb. Xəbər verilir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"in 22 mart sayında dərc edilib. Bununla da Şuşa Bəyannaməsi Türkiyədə qüvvəyə minib.