Xankəndidə dövlət binası üzərində Azərbaycan bayrağı - VİDEO
Azərbaycanın Xankəndi şəhəri - sentyabr 1991-ci il. Şəhərin əsas inzibati binasının üzərində qırmızı SSRİ bayrağı ilə yanaşı üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Yaxın tarixə qısa ekskurs
1989-cu il 12 yanvarda SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində Xüsusi İdarə Komitəsi yaradılır. Komitəyə Moskvanın nümayəndəsi Arkadi Volski rəhbər təyin edilir. Komitənin təkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı təyin edilir. 1989-cu il dekabrın 6-da Azərbaycanın Ali Soveti tərəfindən Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsi yaradılır, Komitəyə Azərbaycan partiya təşkilatının rəhbərlərindən Viktor Polyaniçko sədr təyin edilir.
Həmin dövrdə SSRİ daxili qoşunlarının hissələri Qarabağ və ətraf bölgələrdə, eləcə də, Xankəndində indiki kimi "sülhməramlı" missiyanı həyata keçrirdi. Göründüyü kimi, həmin dövrdə Xankəndinin dövlət binası üzərində Azərbaycan bayrağı dalğalanırdı.
Bu fakt Rusiya üçün məlumdur, özünü vasitəçi, həmsədr kimi təqdim edən dövlətlərin mənsublarının baxması isə mütləq vacibdir (turkustan.az).
Xankəndi Azərbaycandır!