azia.az
azia.az

Müdafiə Nazirliyi brifinq keçirir

29-12-2021, 17:12

Müdafiə Nazirliyi brifinq keçirir
Müdafiə Nazirliyi 2021-ci ilə aid hesabat xarakterli brifinq keçirir.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, tədbirdə çıxış edən nazirliyin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, Azərbaycan Ordusunda islahatlar bu il də davam etdirilib: "Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən tədbirlər əvvəlki illərdən xeyli fərqlənib. Əməliyyat komando hərbi hissələri yaradılıb. Təhlillər nəticəsində yeni döyüş təlimatları hazırlanıb. Türkiyə zabitlərinin tövsiyələri də nəzərə alınmaqla, yeni təlim kursları həyata keçirilir:

"Bundan başqa, hərbi qulluqçularımız Türkiyə, Rusiya, Qazaxıstan, Pakistanda keçirilən beynəlxalq təlimlərdə iştirak ediblər. Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbində tədris proqramı Türkiyə hərbi məktəblərinin hazırlıq proqramlarına uyğunlaşdırılıb.


Azərbaycan Ordusunun şəxsi heyəti daim Ali Baş Komandan İlham Əliyevin qayğısı ilə təmin olunub. Bugünkü gün də hərbi qulluqçuların daimi evlə təmin edilməsi məmnunluqla qarşılanıb.

Yüksək ərazilərdə xidmət aparan hərbi qulluqçular 6 aylıq ərzaq və döyüş sursatları ilə tam təmin edilir. Minatəmizləmə işlərində əsas səylər yaşayış sahələri, yollar və əkin sahələrinə yönləndirilib. Hazırda 700 kilometrə qədər yeni yol çəkilib, mühəndis qoşunlarımız tərəfindən bu işlər davam etdirilir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi