azia.az
azia.az

YARDIMLI İH BAŞCISI YANINDA ŞURA ÜZVLƏRİNİN SƏRİŞTƏSİZ MÖVQELƏRİ -RAYON CAMAATINDAN ĞİZLƏDİLƏN PLANLAR..

16-04-2021, 12:17


YARDIMLI İH BAŞCISI YANINDA ŞURA ÜZVLƏRİNİN SƏRİŞTƏSİZ MÖVQELƏRİ -RAYON CAMAATINDAN ĞİZLƏDİLƏN PLANLAR..
Yardımlı rayon İcra Hakimiyyəti Başçısı yanında Şura üzvlərinin səriştəsiz mövqeləri. Rayon camaatından gizlədilən planlar...

TURKAZİNFO :Yardımlı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 2021-ci il üzrə iş planı 25 bənddən ibarətdir. Aprel ayının 1-ci yarısına qədər 7 məsələdə nəzərdə tutulmuş planın (şəkildə plan göstərilib) hansı hissəsi həyata keçirilib, müzakirə olunub, təhlil edilib? Nəzərə alsaq ki, aprel ayının artıq yarısı geridə qalıb. Plan üzrə hansı işlər görülüb? Yardımlı rayon İcra hakimiyyəti və ya şura üzvləri plandan irəli gələn məsələlər barədə hesabat verə bilərlərmi? Əlbəttə ki, verə bilməzlər. Çünki olmayan şey barəsində necə danışa bilərlər!? Onların işi-gücü rayonu xarabazara çevirməklə məşğul olmaq olub. Məsələn götürək planın 3-cü bəndini – Yaşayış məntəqələri üzrə əhalinin sosial əhəmiyyətli problemlərinin öyrənilməsi və həlli sahəsində RİH Başçısının Honuba, Vərgədüz, Çayüzü, Bozayran İƏD üzrə nümayəndəliklərində görülmüş işlər. Baxın, bu sahə üzrə hansı işlər görülüb? Hansı vətəndaşın problemi ilə maraqlanıb həll etmisiz!? Çıxardın bir vətəndaşı desin ki, mənim filan problemimi rayon İcra hakimiyyəti həll edib. Yoxdur axı göstərəsiz. Vətəndaşların bu planlardan heç xəbərləri belə yoxdur.
Yardımlı rayon İcra Hakimiyyətinin işi-gücü binəva Ərazi Nümayəndələrinin qarşısında xalqa aidiyyəti olmayan, öz mənafeləri naminə, mümkünatı olmayan tələblər qoymaq və bu tələbləri məcburi qaydada icra etdirməkdir. Nədir bu tələblər? Məsələn: Ərazi nümayəndələrinə tapşırıq verirlər ki, sən bu il filan qədər tütün əkib becərib təhvil verməlisən. Heç bir subsidiya, heç bir dövlət yardımı etmədən ərazi nümayəndələrini məcbur edirlər, yükləyirlər ki, bunu etməlisən. Binəva ərazi nümayəndəsi də naəlac qalıb aldığı 500-600 manat əmək haqqının iki-üç ayını qoyur tütün becərmə “biznesinə”. Tütün əkmək üçün də mümbit şərait lazımdır axı. Bu da böyük vəsait tələb edir. Ərazi nümayəndəsi də bir təhər çay kənarında, nə bilim göl qırğında bir yeri “zanit” edir. Sonda nə tütün olur, nə də qazanc. Orda-burda bitən tütün də təhvil veriləndə bəli, bunun da gəl qəpik-quruş pulunu al görüm necə alırsan? It də gedir, ip də... Maaşın da üç ayı belə gedir... Ərazi nümayəndələrinin də günü-ruzigarı bu... Hələ bu bir hissədir. İndi bilirik, bu yazıdan sonra ərazi nümayəndələri öyrədəcəklər ki, siz də adamlarsınız öyrədin bu yazıya əks təbliğat getsin. Olsun,təbii haldır. Heç bir problem yoxdur. Amma aldığınız o 300-500 manata görə xalqı güdaza verməyin...! Biz olandan yazırıq. Heç bir şişirtmə, heç bir böhtan yoxdur yazımızda. Həqiqət göz qabağındadır. Əgər az da olsa vicdanınız varsa, düzü boynunuza alın. Xalqdan qamarladığınız pulla süfrə başında oturub yeyib-içəndə xısıntıyla da olsa deyin ki, bu yazan düz deyir də... Düzə zaval yoxdur. Qorxmayın, sizi eşidən olmayacaq. Amma heç olmasa öz aranızda düzü deyin...!
Sadəcə oturursunuz isti kabinetlərdə formal, özünüzə sərf edən formada protokollar tərtib edib, təsdiqləyir və yuxarıya, dövlət Başçısına yalan məlumat verərək hər şeyin normal olduğunu, dövlət başçısının verdiyi tapşırıqları layiqincə yerinə yetirdiyinizi bildirirsiz. Keçəl suya getməz qaydası. Heç vaxt xalqı, dövlət başçısını yalan, uydurma məlumatlarla aldada bilməzsiniz. Yəqin ki, məqamı var. Nəhayət Ali Baş Komandan tezliklə barənizdə lazımi ölçü götürər. Planlarınızın yalanları barədə mövzumuz davam edəcək...ardı var qarşı tərəf mövqeyin bildirə bilər
YARDIMLI İH BAŞCISI YANINDA ŞURA ÜZVLƏRİNİN SƏRİŞTƏSİZ MÖVQELƏRİ -RAYON CAMAATINDAN ĞİZLƏDİLƏN PLANLAR..


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi