Asif Əskərovun 2 oğlu savaşda olan anaya gödərdiyi 18 manatlıq pay- "Xala xətrin qalmasın.." silsiləsindən
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəcisi Vəfa Qasımova Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun hazırda iki oğlu cəbhədə olan anaya göndərdiyi sovqat barədə paylaşım edib. Vəfa Qasımova yazır:
"Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hazırda iki oğlu cəbhədə olan ANAya pay göndərib.
Bu da iki oğlu qazi olan anaya göndərilən ərzaqın fotosudur:
2 kq kartof - 1 manat 20 qəpik
2 kq soğan - 80 qəpik
300 qram qənd - 1 manat
1 kq pesok - 1 manat 50 qəpik
4 ədəd makaron - hərəsi 50 qəpik
1 ədəd tuşonka - 2 manat
1 ədəd yağ - 2 manat
1 ədəd kolbasa - 3 manat 50 qəpik
2 ədəd çəki sosiska - 4 manat
TOPLAM: 18 manat!!!
QEYD: Nəsimi RİH-in başçısı A.Əsgərovun azyaşlı oğlu İlham Əsgərli 2014-cü ildə “Mercedes S500"lə qəza törətmişdi. Nəticədə bir nəfər həyatını itirmişdi. İlhama 5 il 5 ay həbs cəzası verilsə də, o qısa müddətə azadlığa çıxmışdı."
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandrmağa hazırıq!
Teref.az