“WhatsApp” vasitəsilə baş verən fırıldaqçılıqla bağlı XƏBƏRDARLIQ
“WhatsApp” yolu ilə baş verən fırıldaqçılıq aşkarlanıb.
Bu barədə “Azia.Az” xəbər yayıb.
Bildirilir ki, Rusiya Keyfiyyət Sistemi (“Roskaçestvo”) rəhbərinin müavini İlya Loyevskinin sözlərinə görə, fırıldaqçılar istifadəçini linki izləməyə və ya faylı yükləməyə təşviq edirlər. Bunun üçün onlar yüksək profilli şirkət adlarından yararlanırlar.
Ekspert vurğulayıb ki, fırıldaqçılar daha inandırıcı olmaq üçün “WhatsApp”ın rəsmi profilinin dizaynını götürərək, şirkətin adından müraciət edirlər.
“Sizə gələn mesajda hər hansı bir şəxsi məlumatın verilməsi tələb edilərsə bu tələdir. Həmçinin ismarıcları yeniləmək, fəaliyyətinizi təsdiqləmək, emojiləri güncəlləmək və ya pulsuz olaraq istifadəyə davam etmək üçün bu mesajı bir neçə kontakta göndərməyiniz istənilirsə diqqətli olmalısınız”, - deyə İ.Loyevski xəbərdarlıq edib.
O, fırıldaqçılardan qismən qorunmaq üçün mesajlaşma parametrlərində “media sənədlərinin avtomatik yüklənməsi”nin dayandırılmasının labüd olduğunu bildirib.
“Bundan başqa tanımadığınız hesablardan faylları qəbul etməməlisiniz”, - deyə ekspert sözlərini yekunlaşdırıb.