Azərbaycanda karantini pozan məhkəmə sədri cəzalandırıldı
Bu barədə Azia.Az sayıtına Ədliyyə Nazirliyindən məlumat verilib.
Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova xüsusi karantin rejiminin, hakimlərin etik davranış qaydalarının tələblərinin pozulmasına görə töhmət verilib.
Bununla bağlı qərar Məhkəmə Hüquq Şurasının bu gün keçirilən növbəti iclasında elan olunub.