azia.az
azia.az

“İnanıram ki, Bəhram sağalacaq” - Mehriban Əliyeva

17-06-2020, 19:19

“İnanıram ki, Bəhram sağalacaq” - Mehriban Əliyeva

Azia.Az xəbər verir ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirusa yoluxan və hazırda reanimasiyada olan tanınmış aktyor Bəhram Bağırzadədən yazıb.

M. Əliyeva hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməyi xahiş edib:

"Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik.

Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbir versin. Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm.

Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun. Uca Allah hamıya cansağlığı nəsib etsin".(BAKU.NEWS)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi