azia.az
azia.az

Karantin vaxtı özəl təyyarə ilə Lacivərdi sahillərə kefə getmək istəyənlərin kimliyi açıqlandı

20-04-2020, 00:10


Karantin vaxtı özəl təyyarə ilə Lacivərdi sahillərə kefə getmək istəyənlərin kimliyi açıqlandı
Böyük Britaniya mediası, o cümlədən bir sıra digər nüfuzlu Qərb nəşrləri bu günlərdə, Avropada hər gün minlərlə can alan koronavirus pandemiyasına görə sərt karantin rejiminin hökm sürdüyü bir vaxtda Londondan özəl jet-lə Fransanın Lacivərdi sahillərinə kefə getmək istəyən bir qrup məcarapərəst zəngin haqda yazmışdı.
Karantin vaxtı özəl təyyarə ilə Lacivərdi sahillərə kefə getmək istəyənlərin kimliyi açıqlandı
Virtualaz.org xatırladır ki, “Embraer Lagacy 600” təyyarəsini kirayələrək Marselə uçan, oradan isə 3 vertolyotla bir başa Kanndakı “Alang Alang” adlı villaya uçmağı planlaşdıran 7 kişi və 3 gənc qızın Fransa polisi tərəfindən necə geri qaytarılması əhvalatı dünyanın ölümcül virusla mübarizə apardığı bir vaxtda geni rezonans doğurdu.

Fransa polisi gələnləri Marsel aerportundan Londona geri qaytarmışdı və onları gözləyən vertolyot pilotları karantin rejimini pozduqları üçün cərimələnmişdi. Həmin əhvalatda bütün bu səyahəti ukraynalı biznesmenin təşkil etdiyi və maliyyələşdirdiyi göstərilirdi, amma göyərtədiklərin kimlikləri barədə heç nə deyilmirdi. Təkcə o göstərilirdi ki, göyərtədə yaşları 40-50 arası olan 7 kişi və yaşları 23-27 arası olan 3 gənc qız vardı.
Karantin vaxtı özəl təyyarə ilə Lacivərdi sahillərə kefə getmək istəyənlərin kimliyi açıqlandı
Lakin bəzi müxalifət dairələri o cümlədən sosial şəbəkələrdə iddia etdilər ki, guya onların əllərində “sensasion məlumat” var-Qərb mənbələri guya göyərtədiklərin kimliklərini bu adamlara pıçıldayıb. Və guya bəlli olub ki, həmin ukraynalı əslində “SOCAR Ukrayna” şirkətinin rəhbəri Elçin Məmmədovdur, göyərtədəkilər arasında isə digər tanınmış azərbaycanlı biznesmen Anar Əlizadə də yer alırdı.

Həmin iddialarla bağlı Anar Əlizadə virtualaz.org saytına eksklüziv açıqlama verərək bildirdi ki, onun adının bu cür çirkin uydurmada hallandırılmasına görə vəkilləri tərəfindən hüquqi prosedur başladılıb. Biznesmen 2 aydan çoxdur ailəsi ilə birlikdə olduğunu, Böyük Britaniya və Fransaya bu müddət ərzində heç bir işgüzar, yaxud şəxsi səfər etmədiyini dedi.(https://virtualaz.org/kapital/160512)

İndi isə bəlli olur ki, “The Guardian” nəşri də həmin əhvalat, baş tutmayan reys barədə yazıb. Qəzet təyyarədəkilərin hansı ölkə vətəndaşları olduqlarını da göstərib və məlum olur ki, onların arasında nəinki Azərbaycan vətəndaşları, heç etnik azərbaycanlı da olmayıb. Marsel aerportundan Fransa polisi tərəfindən geri qaytarılanlar Xorvatiya, Almaniya, Fransa, Rumıniya və Ukrayna vətəndaşları olub. Onlardan biri Fransadakı əlaqələrindən istifadə edərək polisə təsir göstərməyə çalışıb, bir neçə yerə zəng vurub. Amma faydası olmayıb. Nəticədə Londona geri qayıtmalı olublar və ertəsi gün oradan çarter reysi ilə Berlinə uçublar.

Göründüyü kimi, “Azərbaycan” və “azərbaycanlı” sözləri bu əhvalatın heç bir mərhələsində keçmir, göyərtədəkilərin hansı ölkələrin vətəndaşları olduqları da polis mənbələri tərəfindən açıqlanıb. Və koronavirus pandemiyasına görə gərginlik içərisində olan cəmiyyətə belə uydurmaları “üfürmək” və nəticədə tanınmış iş adamlarına, dövlət neft şirkətinə qarşı ictimai qınaq, nifrət yaratmaq istəyənlərin də yalanları ifşa edilmiş olub...

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi