Karantin vaxtı gənc qızlarla kef çəkmək üçün özəl təyyarə ilə Fransaya uçan oliqarx kimdir...
Ötən gün aprelin 11-də Britaniya qəzetləri bir qrup zənginin gənc qızlarla kef çəkmək üçün karantin rejiminin hökm sürdüyü, koronavirusdan hər gün yüzlərlə adamın öldüyü Fransaya uçmasından bəhs edib.
Virtualaz.org xəbər verir ki, onların arasında Ukraynadan olan, kimliyi açıqlanmayan biznesmen də olub. Onlar Londondan özəl təyyarədə Fransanın Marsel şəhərinə, oradan isə vertolyotlarla kurort şəhəri Kanndakı dəbdəbəli villaya uçmaq istəyirdilər.
“The Mirror” yazır ki, “Emraer Lagacy 600” markalı təyyarənin göyərtəsində yaşları 40-50 arasında olan yeddi kişi və yaşları 27-dən yuxarı olmayan 3 qız olub. Təyyarə Fransa hüquq-mühafizə orqanlarının geri qayıtmaq tələblərinə baxmayaraq Marsel-Provans aerportunda enib. Bildirilir ki, təyyarənin reysinin haqqını hansısa ukraynalı biznesmen olub, o həm də sərnişinlərin arasında yer alırdı. Elə həmin adam lacivərdi sahillərdə dəbdəbəli villa kirayə götürüb, evin dəyəri 75 milyon dollardan yuxarıdır. Məlumata görə, oliqarx villanı Xorvatiyadan olan vasitəçinin-biznesmenin köməyi ilə kirayə götürüb.
“The Daily Mail” isə əlavə informasiya dərc edir, bildirir ki, “Emraer Legacy 600” təyyarəsinin bir saatlıq uçuşu 6600 dollara başa gəlir, həmin villanın sutkalıq kirayəsi isə 62 min dollardır. Habelə ukraynalı oliqarx aerportdan birbaşa villaya uçmaq üçün 3 vertolyot da kirayələyib və bunun üçün iri məbləğ ödəyib. Amma məbləğ məlum deyil. Vertolyotlar qrup Marsel-Provans aerportunda gözləyirdi ki, onları oradan birbaşa villaya çatdırsın.
Məhz həmin vertoyotlar Fransa polisini şübhələndirib. Zabitlər vertolyotların pilotlarından öyrəniblər ki, onlar Londondan gələcək 10 nəfərlik qrupu gözləyirlər. Hansı ki, pandemiya şəratində belə uçuşlaq Fransada qəti qadağandır. İstənilən belə reys üçün xüsusi icazə almaq lazımdır. Təbii ki, ukraynalı biznesmenin və tanışlarının bu cür icazəsi yox idi.
Nəticədə təyyarə aerporta enən kimi polislər dərhal onu əhatəyə alıblar və sərnişinlərin göyərtəni tərk etməsinə qadağa qoyublar. Bu da gələnləri hiddətləndirib. Onlardan biri fransızlara bildirib ki, söhbət işgüzar görüşdən gedir. Guya villada Fransada minlərlə yeni iş yerinin açılmasına imkan verən hansısa sövdələşmə imzalanmalıydı.
Bu arqument kömək etməyəndə həmin adam polislərə bildirib ki, göyərtədə 3 milyarder var. Qızlar isə onların köməkçiləri və tərcüməçiləridir. “Hər şey qaydasındadır! Bizim pulumuz var!”,-o məsələni pulla həll etməyin mümkünlüyünə eyhamla polis zabitinə bildirib. Lakin fransızlar qətiyyətli davranıblar və onlara icazə verməyiblər.
“Qulaq asın, biz karantinin olduğunu bilirik. Villaya uçacağıq və orada özümüzü təcrid edəcəyik. Problem olmayacaq”,-biznesmen polisi dilə tutmağa çalışıb.
Əhvalat isə belə yekunlaşıb ki, Fransa polisi təyyarəni gəldiyi yerə-londona geri qaytarıb. Vertolyotların pilotları isə karantini pozduqları üçün cərimələnib. Marsel polisi əmindir ki, kampaniya əylənmək üçün gəlmişdi və bu uçuşa heç bir başqa zərurət yox idi.
Sənədlər yoxlanılarkən məlum olub ki, təyyarədə bir neçə ölkənin-Ukraynanın, Rumıniyanın, Fransanın və Almaniyanın vətəndaşları olub. Həmin villa isə Lacivərdi sahillərdə yaxşı tanınır, “Alang Alang” adlı villanın sahibi bir vaxtlar silah taciri Adam Haşoqi olub. Sonra onu britaniyalı rieltor alıb. Təyyarəyə gəldikdə isə o, Londondakı “PrivateFly” şirkətində qeydiyyatdadır.
Virtualaz.org