azia.az
azia.az

Yağlar yenə bahalaşdı: YENİ QİYMƏTLƏR

17-06-2022, 15:33

Yağlar yenə bahalaşdı: YENİ QİYMƏTLƏR
Qida kimi istifadə edilən yağların qiymətində artım davam edir.

Azia.az Dövlət Statistika Komitəsinin may ayında apardığı qiymət müayinəsinə istinadən xəbər verir ki, bütün növ yağlar bahalaşıb. Son 4 ayda yağların bir kiloqramının qiyməti təxminən 50-80 qəpik artıb.



İlin əvvəlində bir kiloqramının qiyməti orta hesabla 18,2 manat olan kərə yağı may ayında 18,95 manata satılıb. Kərə yağının dəyəri 75 qəpik, yəni 4,2 faiz artıb.



Əhalinin ən çox istehlak etdiyi yağlardan olan günəbaxan yağının bir litrinin qiyməti 4,6 manatdan 5,12 manata (52 qəpik bahalaşma), qarğıdalı yağının qiyməti 6 manatdan 6,6 manata (60 qəpik bahalaşma) yüksəlib.


İlin əvvəlindən süfrə marqarinin və zeytun yağının da dəyəri artıb. Qısa müddətdə orta qiymət süfrə marqarinində 4,7 manatdan 5,2 manata (50 qəpik bahalaşma), zeytun yağında 13,4 manatdan 14 manata (60 qəpik bahalaşma) qalxıb.



Adıçəkilən yağ növlərində son bir ildə bahalaşma daha böyük olub. Bir il əvvəlki tarixlə müqayisə etdikdə aydın olur ki, bahalaşma kərə yağında 2,35 manat, qarğıdalı yağında 1,3 manat, günəbaxan yağında 1,17 manat, zeytun yağında 0,84 manat, süfrə marqarininda 0,8 manat olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi