Azərbaycanda gündəlik xam neft hasilatı 571,3 min barel olub
Azərbaycanda bu ilin may ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 679,9 min barel olub.
Bu barədə "Margin.az"a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.
Bunun 571,3 min barrelini xam neft, 108,6 min barelini isə kondensat təşkil edib.
Əlavə edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 27-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barrel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulurdu.