"Nuranə Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Nuranə Kredit İttifaqı" tam ortaqlığının lisenziyası ləğv olunub. "Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 43-dən 42-yə düşüb.
Xatırladaq ki, "Nuranə Kredit İttifaqı" 2001-ci ildə, Bərdə rayonunda yaradılıb. Onun nizamnamə kapitalı 38 600 manatdır.
Mənb:My Webpage