azia.az
azia.az

Yeni binada yaşayan sakinlərə müjdə - VİDEO

17-02-2022, 08:52

Yeni binada yaşayan sakinlərə müjdə - VİDEO
Paytaxtda elə yaşayış binaları var ki, MTK-lar həmin binada yaşayan mülkiyyətçilərdən aylıq 100 manatdan yuxarı komunal xidmət pulu toplayır. Bəzi sakinlər bu məbləğin yüksək olmasından narazıdır. Üstəlik bildirirlər ki, binanın ümumi istifadə ərazilərinin saxlanması üçün toplanan həmin məbləğ heç onlarla razılaşdırılmır. Yəni sakin narazı olsa da 80-90-100 manat civarında komunal xərci hər ay ödəməlidir. Əks təqdirdə borcla bağlı bildiriş qapısından asılacaq. Qanunvericilik nə deyir? Ümumiyyətlə bu məsələdə sakinlərin üzərinə hansı məsələlər düşür?



Yeni tikilən binalarda yaşayan bu şəxslərin bəziləri MTK-lar tərəfindən binanın saxlanması adı altında yığılan kommunal xərclərin yüksək olmasından narazıdırlar. Bildirirlər ki, bəzi MTK-ların yığdığı pulun məbləği ilə göstərdiyi xidmət uzlaşmır. Yəni məbləğ ya həddindən artıq yüksək olur, ya da binada yaranan problemlər vaxtında aradan qaldırılmır.



Araşdırma zamanı məlum oldu ki, pullar sakinlərdən əsasən avtopark ərazilərindən istifadə, liftlərin saxlanması, tullantıların atılması və digər ümumistifadə ərazilərinin saxlanması səbəbindən toplanır.




Qanunvericiliyə əsasən, MTK-ların idarəetməsindən narazı olan bina sakinləri Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradaraq öz binalarını idarə edə bilərlər. Əgər bunu etmirlərsə, həmin binaların idarə olunması MTK-ların üzərində qalır. Bu zaman həmin koorperativlər bina mülkiyyətçilərini toplamalı, sakinlərlə razılaşdırılmış şəkildə binanın saxlanılması üçün konkret xərclər müəyyən edilməlidir. Ancaq müsahibələrdən aydın olur ki, faktiki olaraq bəzi tikinti korperativləri bu tələbi pozurlar.



Millət vəkili Fazil Mustafa deyir ki, bu problemin kökündən həll edilməsi üçün sakinlər ilk növbədə Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaratmaqda maraqlı olmalıdırlar. Vətəndaşların əksəri bu üsula maraq göstərmədiyi üçün belə problemlərlə üzləşirlər.



Qeyd edək ki, Dövlət mənzil fondu üzrə yaşayış sahələrinə görə haqqın miqdarı Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Ancaq MTK-lar tərəfindən inşa edilən yeni tikililərdə hələlik bu yanaşma tətbiq edilmir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi