azia.az
azia.az

“Araz” marketlərlə bağlı araşdırmalara başlanıldı

29-12-2021, 16:52

“Araz” marketlərlə bağlı araşdırmalara başlanıldı
“Araz Supermarketlər” şəbəkəsinin Yeni il ərəfəsində yaydığı reklam xarakterli məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunun müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

“Ölkə.Az” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, monitorinqlər zamanı kütləvi informasiya vasitələrində “Business İnsight” şirkəti tərəfindən bayram səbəti üçün ən ucuz supermarketlər şəbəkəsinin müəyyən olunması məqsədilə araşdırmanın aparıldığı və nəticədə Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin “Araz Supermarketlər” şəbəkəsi olması barədə “Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlığı altında reklam xarakterli məlumatın yayımlandığı müəyyən edilib.

Bildirilir ki, Dövlət Xidməti reklam bazarında qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Reklam fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi olaraq reklam bazarında monitorinqlər aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi