azia.az
azia.az

Lirə manata qarşı kəskin ucuzlaşdı – Tarixi minimum

17-12-2021, 11:37

Lirə manata qarşı kəskin ucuzlaşdı – Tarixi minimum
Uçot dərəcəsinin daha 1 faiz bəndi azaldılaraq 14%-ə endirilməsi fonunda Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu gün daha 5,6% azalaraq 0,1084 manat (1 manat/9,2251 lirə) səviyyəsinə enib ki, bu da yeni tarixi minimumdur.

Azia.az-ın Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir ki, lirənin manata qarşı məzənnəsi son bir ayda 33,5%, ilin əvvəlindən isə 2,1 dəfə azalıb.

Lirə ilin əvvəlindən dollara qarşı da dəyərinin yarısından çoxunu itirib və hazırda Türkiyə Mərkəzi Bankının (TMB) rəsmi məzənnəsinə görə, 1 dollar 15,2392 lirə təşkil edir.

Mill valyutanın dəyərsizləşməsi fonunda, hökümət ölkədə gələn il üçün minimum əməkhaqqını 50,4% artıraraq 2 826 lirədən 4 250 lirəyə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi