Azərbaycanın qızıl və gümüş ehtiyatlarının həcmi bilindi — FOTO
![]()
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.
Azia.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 11 ay ərzində ölkəmizdə 7 897 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.
Onların ümumi hasilatı 2020-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 588,6 kiloqram və ya 8,1 faiz artıb. Bu dövr ərzində 3 196,9 kiloqram qızıl, 4 700,1 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 3,2 faiz azalıb, gümüş hasilatı isə 17,3 faiz artıb.
Bildirilib ki, 1 dekabr 2021-ci il tarixinə görə, ölkədə 214,6 kiloqram hazır qızıl ehtiyatı, 556,8 kiloqram hazır gümüş ehtiyatı var. Ötən ilin eyni dövrünə nisbətən qızıl ehtiyatların həcmi 32,3 faiz azalıb, gümüş ehtiyatları 6,1 dəfə artıb.![]()
Əlavə edək ki, müvafiq dövrdə 2 350,1 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azalıb. Bu məhsul növü üzrə 322,5 ton hazır ehtiyat yaranıb.