Benzin qiymətləri ucuzlaşdı
Birjada "Aİ-92" benzinin bir tonunun qiyməti son 24 saatda 0,7% azalaraq 751 min ABŞ dollar təşkil edib.
"Azia.az" xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasının məlumatlarında qeyd olunub.
Məlumata görə, "Aİ-95" benzininin bir tonunun qiyməti 0,4% ucuzlaşaraq 799 ABŞ dollarına enib. Aviasiya yanacağının bir tonun dəyəri 0.7% azalaraq ton üçün 670 ABŞ dollar təşkil edib. Dizel yanacağının bir tonun qiyməti isə 0,1% artaraq 679 ABŞ dollarına yüksəlib.