azia.az
azia.az

Bu il Azərbaycan Avropaya nə qədər qaz satıb?

24-08-2021, 10:51

Bu il Azərbaycan Avropaya nə qədər qaz satıb?
Bu il yanvar-iyul aylarında Azərbaycan Avropaya təqribən 4 milyard kub metr qaz ixrac edib.

Energetika Nazirliyindən Azia.az-a verilən məlumata görə, hesabat dövründə ümumilikdə xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur.

O cümlədən, bu ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi