azia.az
azia.az

Nazirlik yeni şirkətə 1,2 milyonluq tender verdi

23-08-2021, 18:16

Nazirlik yeni şirkətə 1,2 milyonluq tender verdi
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu meyvəçilikdə virussuz əkin materialının innovativ üsulla istehsalının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Azia.az Report-a istinadən xəbər verir ki, tenderin qalibi Babil Construction and Procurement MMC-dir.

Qalib şirkətə 1 milyon 199,5 min manat ödəniləcək.

Qeyd edək ki, Babil Construction and Procurement MMC 2020-ci ilin sentyabrın 15-də dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə İsgəndər Muxtar oğlu Baxışovdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi