azia.az
azia.az

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçildi

21-05-2021, 11:56


İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş Assambleyasının 37-ci iclası keçirilib. İclasda qurumun Direktorlar Şurasına yeni üzvlərin təqdimatına baxılıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçildi
Təqdimat əsasında keçirilən səsvermədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçilib. Palatanın Baş katibi Yusif Xələvi çıxışında bildirib ki, Azərbaycanla əməkdaşlıqdan məmnundurlar və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yeni layihələrin həyata keçirilməsi perspektivləri üzərində işləyirlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2015-ci ildən bəri Palatanın üzvüdür və Azərbaycan biznes icmasını İslam Palatasında təmsil edən yeganə təşkilatdır.

Həmçinin 37-ci iclasda iştirak edən dövlətlər eyni zamanda təşkilata daxil olan fondun hesablarının Palatanın hesablarından ayrılaraq müstəqil şəkildə formalaşdırılması, eləcə də Qəzzada baş verən hadisələrə münasibətlərini ifadə ediblər.

Məlumat üçün bildirək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası 1979-cu ildə təsis edilmişdir. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bağlı qurumudur və islam ölkələrindən 57 üzvü öz sıralarında birləşdirir.

Gələcəkdə ticarət, informasiya texnologiyaları, sığorta, təkrarsığorta, bankçılıq, üzv ölkələrdə investisiya imkanları və müştərək müəssisələrin təşviqi sahələrində daha sıx əməkdaşlığı gücləndirməyi hədəfləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi