azia.az
azia.az

"ASK“Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda iclas keçirmişdir

19-11-2020, 15:42

"ASK“Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda iclas keçirmişdir

Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Rəyasət Heyətinin geniştərkibli iclası keçirilib. “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunan görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları müzakirə edilib və Azərbaycan Sahibkarlar Konfederasiyasının bu ilin yanvar-oktyabr ayları üzrə hesabatı dinlənilib.

İclası Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev açaraq Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən Vətən müharibəsində əldə edilən şanlı qələbə münasibətilə iştirakçıları təbrik etdi. Bu qürurlu tarixi öz qanları ilə yazan şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqəlik sükutla yad edildi.

“İndi növbə sahibkarlarındır, işğaldan azad olunan rayonların bərpasında, iqtisadi cəhətdən dirçəldilməsində sahibkarların üzərinə böyük və şanlı vəzifələr düşür”, - deyə M.Musayev qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının cari ilin yanvar-oktyabr ayları üzrə fəaliyyətinin hesabatı dinlənilib.

Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Zakir Nuriyev “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları” haqqında çıxış edib.

Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidentləri Vüqar Abbasov, Zakir Əzimov, Jalə Hacıyeva öz fikirləini bölüşüblər.

İclas Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət heyəti adından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə ünvanlanan Müraciətin qəbul olunması ilə öz işini yekunlaşdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi