Dünya bazarlarında təbii qazın qiyməti artıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
"APA-Economics"in məlumatına görə, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 4,10% artaraq 2,54 ABŞ dolları təşkil edib.