Qiymətlər nə vaxt ucuzlaşacaq? – Açıqlama
![]()
İndiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir. Havanın əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə bazarlara məhsul təklifi azalır.Qaynarinfo xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.V.Hüseynov bildirib ki, yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaradacaq: "Kütləvi yığım başladıqdan sonra açıq sahə məhsulunun bazara çıxarılması sürətlənəcək. Bundan sonra qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir”.Vüqar Hüseynovun sözlərinə görə, bu cür hallara əvvəlki illərdə də rast gəlinib: "Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlamışdı və hava şəraitinin normallaşması ilə qısa müddətdə təklif artmış, qiymətlər ciddi şəkildə aşağı düşmüşdü”.