azia.az
azia.az

Yoqa ilə məşğul olanlar saxlanıldı - Gülməli səbəb

27-05-2019, 08:37

İranda yoqa məşqlərinə qatılan 30 nəfər saxlanılıb.

azia.az BBC-yə istinadən xəbər verir ki, yoqa dərsi ölkənin şimalında yerləşən Gürgan şəhərində keçirilib. Qadın və kişilərin birlikdə iştirak etdiyi yoqa dərsini verən məşqçi də saxlanılıb.
Yoqa ilə məşğul olanlar saxlanıldı - Gülməli səbəb
İranda qadın və kişilərin birlikdə idmanla məşğul olması qadağandır.

Tasnim xəbər agentliyinin məlumatına görə, şəhərin Ədliyyə Nazirliyinin rəsmisi Məsud Süleymani, məşqçinin yoqa dərsi keçirmək üçün lisenziyasının olmadığını və dərs barədə elanı Instagram hesabı vasitəsilə verdiyini qeyd edib.

"Məşqlərə qatılanlar uyğun olmayan geyimdə olublar və yaraşmayan hərəkətlər sərgiləyiblər", - rəsmi deyib.

Gülüstan bölgəsinin mərkəzi şəhəri olan Gürgan-da İslam İnqilabı Məhkəməsinin sədr müavini olan Süleymani saxlanılanların nə geyindikləri və onların hansı hərəkətlər etmələri barədə ətraflı məlumat verməyib.

Gənc Qəzetçilər Klubu tərəfindən bu hadisə barədə yayılan xəbər qısa vaxt ərzində böyük sayda sosial media istifadəçilərinin diqqətini özünə cəlb edib.

"Şəriətə görə "yoqa" sözü də problemlidir", - istifadəçilərdən biri yazıb.

"Yoqanı belə zərərli bilən bir quruluşun varlığının sona yetməsi üçün USS Abraham Lincoln hərbi gəmisinə ehtiyac yoxdur", - digər bir istifadəçi qeyd edib.

Bəzi istifadəçilər isə yoqa dərslərinə getmək barədə fikirlərindən imtina etdiklərini yazıblar.

"Hesab edirəm ki, hakimiyyət bizə bu ölkədə nə etməyə icazə verdiyini tam olaraq izah etməlidir", - həmin istifadəşilərdən biri fikrini belə ifadə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi