azia.az
azia.az

“Neftçi”yə xərclənən milyonlar... Buyurun, cavab verin!

Bu gün, 22:32

Hələ ötən mövsümün gedişində “Neftçi”nin hakimlərlə yaşadığı problemləri görəndə, adama elə gəlirdi ki, bu komanda avrokuboklara vəsiqə qazansa, qarşısında duran tapılmayacaq, qır vurub qazan dolduracaq, qarşısına çıxan rəqibi əzib keçəcək.

Yəni o dərəcədə istəkli, həvəsli və motivasiyalı təsir bağışlayırdı Azərbaycanın ən köklü futbol klubu. Sanki “imkan verin, avrokuboklara gedib, ölkəmizi təmsil edək” səsi gəlirdi klubun içindən.

Getdi, gördü və qayıtdı. “Ağ-qaralar”ın Avropa səyahəti cəmi 8 gün çəkdi.

Konfrans Liqasının “siftə”sində, 2-ci mərhələsində özündən bütün komponentlərdə zəif olan Minsk “Dinamo”suna uduzan “Neftçi” (2:4, 1:0) 90 illikdə azarkeşlərə vermək istədiyi ilk hədiyyəni əlindən salıb sındırdı.

İndi müxtəlif səbəblər göstərmək olar.

“Turan Tovuz”un Konfrans Liqasında iştirakdan məhrum olduğuna görə mübarizəyə 2-ci mərhələdən başlamağı...

..Freddi Varqasın transferini vaxtında həll edə bilməməyi...

...komandaya yeni qoşulanların uyğunlaşma prosesini başa vurmamasını...

...qol imkanlarının boşa verilməsini...

...rəqib qapıçının inamlı oyununu...

...hətta irəli gedib “Dinamo”nun bəxtinin gətirməsini ön plana çəkməklə bəhanələr uydurmaq mümkündür.

Di gəl, adamlar bəhanəylə səbəbi fərqləndirməyi yaxşı bacarır. İndi xərclənən milyonların qarşılığında üzləşilən uğursuzluğun səbəbini və ya səbəblərini göstərməyin vaxtıdır.

Hər imkanda Konfrans Liqasının əsas mərhələsindən və çempionluqdan danışan Cenk Sümer, Bakıdakı məğlubiyyətin əsas səbəbkarı Yuri Vernidub, çətin vəziyyətdə komanda yoldaşlarını ayılda bilməyən kapitan Emin Mahmudov, buyurun, cavab verin.

“Neftçi”nin “Dinamo” səddini keçib, azarkeşlərin üzünü güldürməsinə kim səbəb oldu? Transferlərə, toplanışlara və digər istiqamətlərə xərclənən milyonların cavabdehliyini kim daşıyacaq?

HƏBİB / SPORTİNFO.AZ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi