DSX-nin hərbçisi 5-ci dəfə dünya çempionu olub
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Heydərli Orxan Qorxmaz oğlu 24–26 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən şotokan karate üzrə 16-cı dünya çempionatında uğurla çıxış edib.
Bu barədə Azia.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Belə ki, idmançı kişilər arasında 84+ kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 5-ci dəfə dünya çempionu adına layiq görülüb.
Yarışda iştirak edən müxtəlif ölkələrin güclü idmançıları arasında yüksək peşəkarlıq nümayiş etdirən Heydərli Orxan Qorxmaz oğlu final mərhələsində də üstünlüyünü qoruyaraq qələbəni təmin edib.