azia.az
azia.az

Azərbaycan komandası baş məşqçisiz qaldı - SON DƏQİQƏ

11-02-2026, 23:51

Azərbaycan komandasının yerli baş məşqçisi postunu tərk edib.

Fanat.Az xəbər verir ki, 2-ci Liqa təmsilçisi "Şəki Siti" rəhbərliyi ilə komandanın çalışdırıcısı Elvin Həsənovla yolları ayırıb.

Büdcənin minimuma enməsi ayrılığı şərtləndirən əsas məqam olub. Bölgə təmsilçisinin mövsümün qalan hissəsində yalnız klublara dovlətdən ayrılan vəsaitlə mövsümü yekunlaşdırmaq planı Həsənovun ambisiyaları ilə üst-üstə düşməyib.

"Şəki Siti" hazırda fasilə dönəmində olan 2-ci Liqanın turnir cədvəlində "Quba" ilə 4-5-ci yerləri bölüşüb. Hər iki komandanın 25 xalı var. Şərikli liderlərin -  təqibçisini digər göstəricilərdə üstələyən "Qaradağ Lökbatan" və "Xankəndi" hərəyə 39, 3-cü sıradakı "Quba" 32 xal toplayıb.

Sözügedən məşqçi cari mövsümün əvvəlində "Quba"dan ayrılaraq "Şəki Siti"də göndərilən Bəhmən Həsənovu əvəzləmişdi. Sonradan klubda maliyyə böhranı yaranmış, sponsor "Flyblast"ın verilən öhdəlikləri lazımınca yerinə yetirə bilməməsi narazılıqlar yaratmışdı. İş o yerə gəlmişdi ki, "Şəki" məşq etmir, klub stadiona borclu olduğuna görə  komanda "Rekord Arena"ya buraxılmırdı. Sponsor şirkətin rəhbəri tərəfindən verilən vədlər isə vəd olaraq qalırdı. Klub idarəçilərinin, "Flyblast"ın direktorunun və Şəkinin icra başçısının Futbolun İnkişaf Fondunun (FİF) ofisində  bir araya gətirilməsi belə, vəziyyəti ciddi anlamda dəyişmədi. Nəhayət, "Qaradağ Lökbatan"la matça çıxmaqdan imtina edən və 3 ay gecikən maaşları almağa nail olan məşqçi və futbolçu heyəti ötən ilin son matçına çıxaraq fasiləyə yollandılar.

"Şəki" bu günədək mövsümün qalan hissəsinin hazırlığına başlamayıb.

Nihat


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi