azia.az
azia.az

“Qarabağ” Azərbaycana yenu ayaq basan legionerini bu cür tanıtdı - VİDEO

Bu gün, 09:40

“Qarabağ” heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, AEK (Larnaka) ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb.

Ağdam təmsilçisi fransalı Jeremi Qnalini sıralarına cəlb edib.

Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransada “Mets”in yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.

23 yaşlı oyunçu karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.

AEK-ə 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi