azia.az
azia.az

"Real"ın yeni baş məşqçisi bilindi - SON DURUM

Dünən, 23:01

İspaniyanın "Real Sosyedad" klubu yeni baş məşqçi ilə anlaşıb. 

Xəbər verilir ki, informasiyanı ESPN yayıb. 

Mənbənin məlumatına görə, La Liqa təmsilçisi
amerikalı Pelleqrino Matarazzo ilə müqavilə imzalayıb. 

48 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2027-ci ilə qədərdir.

Matarazzo baş məşqçi vəzifəsindən bu yaxınlarda işdən çıxarılan Serxio Fransiskonu əvəz edib.

La Liqanın 17 turundan sonra "Real Sosyedad" turnir cədvəlində 16-cı yerdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi