azia.az
azia.az

Böyük Zəfərin 5-ci ildönümü münasibətilə voleybol üzrə yarışlar keçirilmişdir

Bu gün, 17:53

Vətən müharibəsində əldə olunmuş Böyük Zəfərin 5-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumları arasında “Sərhədçi” İdman Mərkəzində voleybol üzrə yarışlar keçirilmişdir. 

Dövlət Himninin səsləndirilməsi ilə başlanan final mərhələsində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər iştirakçıları Böyük Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edərək bu möhtəşəm qələbənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və sərkərdə məharəti, Azərbaycan xalqının birliyi, əsgər və zabitlərimizin rəşadəti sayəsində qazanıldığını vurğulamışlar.

İdmanın döyüş hazırlığının ayrılmaz tərkib hissəsi olduğu, ölkə rəhbərliyinin hərbi quruculuqla birlikdə vətənpərvər gənclərin yetişdirilməsinə, onların fiziki və mənəvi inkişafına böyük önəm verdiyi xüsusi olaraq qeyd edilmişdir. 

Çıxışların sonunda iştirakçılara qələbə əzmi, uğurlar və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrinə layiq final arzulanmışdır.

Final mərhələsinə vəsiqə qazanmış dörd komanda arasında gərgin və maraqlı mübarizə şəraitində keçirilən oyunların nəticəsinə əsasən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri Komandanlığının “Çevikçilər” komandası birinci yerə, Xüsusi Hava Əməliyyatları Komandanlığının “Şahinlər” komandası ikinciSərhəd Nəzarətinin “Zəfər” komandası üçüncü yerə layiq görülmüş, DSX Akademiyasının “Cəsurlar” komandası isə dördüncü yerdə qərarlaşmışdır. 

Qalib və müvafiq yerləri tutan komandaların mükafatlandırılma mərasimi keçirildikdən sonra Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin müşayətində konsert proqramı təşkil edilmişdir.

Böyük Zəfərin 5-ci ildönümü münasibətilə təşkil olunan voleybol yarışları ümummilli qürur, vətənpərvərlik və qələbə ruhu ilə yekunlaşmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi



ftw


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi