Qurban Qurbanovu qınayanlara elə cavab verdi ki… VİDEO
 Futbol eksperti Emin Abbasov son vaxtlar emosional təsir bağışlayan Qurban Qurbanovun müdafiəsinə qalxıb.
Futbol eksperti Emin Abbasov son vaxtlar emosional təsir bağışlayan Qurban Qurbanovun müdafiəsinə qalxıb.
O, «Qarabağ»ın baş məşqçisini qınayanlara efir vasitəsilə cavab verib.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişində bu barədə danışan tanınmış teleşərhçi təcrübəli çalışdırıcının təsadüfi qərarlar vermədiyini bildirib.
Onun dediyinə görə, Azərbaycanın ən yaxşı məşqçisi kiminsə sözüylə hərəkət etmir, komandayla bağlı bütün addımları öncədən ölçüb-biçir.
«Qarabağ»ın Qurbanovun bilik və təcrübəsi sayəsində bu səviyyəyə yüksəltdiyini söyləyən ekspertin fikrincə, tənqidçilər onun uzun illər ərzində gördüyü işləri heç vaxt unutmamalıdır.