azia.az
azia.az

“Qarabağ”da ŞOK GƏLİŞMƏ - Klubun həyatında yeni mərhələ?

Bu gün, 18:18

Xəbər verildiyi kimi, Türkiyə Hava Yolları (THY) yenidən Azərbaycan futboluna qayıtmaq istəyir.

2018-2021-ci illərdə «Neftçi»nin forması sponsoru olmuş THY indi də Premyer Liqada başqa bir partnyorla tərəfdaşlıq etmək niyyətindədir.

Sportinfo.az bu barədə mötəbər mənbələrdən maraqlı məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, qardaş ölkənin məşhur brendi hazırda iki variantı nəzərdən keçirir.

Onlardan biri «Qarabağ»dır. Ağdam təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparması, ilk iki turda qələbə qazanması, bununla Avropaya böyük səs salması THY-nın diqqətini çəkib.

Bizdəki bilgiyə görə, qarşı tərəf konkret təkliflər paketi ilə Azərbaycanın ən yaxşı klubuna müraciət etməyə hazırlaşır.

Türkiyə Hava Yolları ilk dəfə hələ 3 il öncə “Qarabağ“la əməkdaşlıq təşəbbüsü irəli sürüb. Dövrü mətbuat onda bir neçə xəbərlə gündəmə gəlib.

Yazılanlara görə, THY həmin vaxt Ağdam təmsilçisinə illik 5 milyon dollar təklif eləyib.

Təklifə əsasən, komanda avrokubok oyunlarına üzərinə THY yazılmış formalarla çıxmalı idi. Lakin onda tərəflər arasında anlaşma əldə etmək mümkün olmamışdı.

Aldığımız son məlumata görə, THY ilə “Qarabağ“ arasında danışıqlar artıq başlayıb. Onların indiki təklifi əvvəlki ilə müqayisədə daha sərfəlidir. Söhbət təqribən 10 milyon dollardan gedir. THY “Qarabağ“ın Çempionlar Liqasında keçirəcəyi qarşıdakı 6 ayda onun adı yazılmış formalarla meydana çıxmasını şərt olaraq irəli sürüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi