azia.az
azia.az

Güləşçilərimiz yarışı 6 medalla başa vurdu

Dünən, 23:18

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.

 

Xəbər verilir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycanın 6 təmsilçisi fəxri kürsüyə yüksəlib.

 

Bunlardan Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) və İslam Sultanov (71 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) və Nicat Yeylaqaliyev (80 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

 

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Oyunları 6 medalla başa vurub.

 

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi