Azərbaycan millisinin futbolçusu Niderland klubuna keçib
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu bəlli olub.
Məlumata görə, 26 yaşlı hücumçu Niderland təmsilçisi "Volendam"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu mövsüm elitaya vəsiqə qazanan "Volendam" milli üzvü ilə "1+1 illik" müqavilə bağlayıb. Qeyd edək ki, Ozan Can Kökçü daha əvvəl Finlandiyada HİK komandasının formasını geyinib. "Report"