azia.az
azia.az

Üçqat olimpiya çempionunun qəfil ÖLÜM SƏBƏBİ BƏLLİ OLUB

Bu gün, 07:42

Sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev ürək tutmasından ölüb.

"Report"un məlumatına görə, bu barədə TASS-a Dağıstan Respublikası Sərbəst Güləş Federasiyasının icraçı direktoru Mahmud Maqomedov məlumat verib.

Rusiyalı idmançı 50 yaşında vəfat edib.

"Onun ağciyərlərində problemlər olub. Ölümün səbəbi ürəyinin dayanması olub. Fəsadlar yaradan dərmanlar qəbul edib. Bütün ailəsi onunla Moskvada, xəstəxanada olub", – Maqomedov bildirib.

Saytiyev 74 kq çəki dərəcəsində 1996, 2004 və 2008-ci il Olimpiya Oyunlarının qalibidir. O, altı dəfə dünya çempionatının, altı dəfə isə Avropa çempionatının qalibi olub. 1995-ci ildə Rusiyanın əməkdar idman ustası adına layiq görülüb, Saytiyev 4-cü dərəcəli Vətən qarşısında xidmətlərinə görə, Şərəf və Dostluq ordenləri ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi