İki il sonra geri qayıtdı, çempion oldu: “Barmaqlarım bir az ağrıyırdı”
"Birinci qarşılaşmada barmaqlarım bir az ağrıyırdı".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan çempionu olan cüdoçu Elmar Qasımov (100 kq) federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
34 yaşında karyerasını bərpa edən idmançı özünü yoxlamaq üçün yarışa qatıldığını söyləyib:
"Bildiyiniz kimi, iki ildir böyük arenalarda güləşmirdim. Məşqlə yarış fərqli olur. Bu, ilk görüşlərdə də özünü göstərdi. Birinci qarşılaşmada bir az barmaqlarım da ağrıyırdı. Amma finalda özümə gəldim".
Təcrübəli cüdoçu başqa turnirlərdə də mübarizə aparmaq istədiyini söyləyib: