İngiltərə yenidən güclülər sırasında - Millətlər Liqsında NƏTİCƏLƏR
UEFA Millətlər Liqasında 6-cı tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk gündə 4 qrupda 8 matç keçirilib.
A Liqasında İtaliya ilə Fransa birinci yerin taleyinə aydınlıq gətirib. İlk turda öz meydanında 1:3 hesabı ilə uduzan fransalılar səfərdə eyni hesabla qalib gəliblər.
Nəticədə eyni xal toplayan yığmalar arasında lider 1 top fərqlə müəyyənləşib. Fransa millisi 1-ci pilləni tutub.
İngiltərə B Liqasında ilk pillədə qərarlaşaraq, yenidən güclülər sırasına dönüb. Komanda son turda İrlandiyanın qapısından 5 cavabsız top keçirib.
Eyni nəticə Norveç – Qazaxıstan görüşündə də qeydə alınıb. Qələbə vikinqləri A Liqasına yüksəldib.
A Liqası, 2-ci qrup
İtaliya – Fransa 1:3
Qollar: Kambyazo, 35 – Rabyö, 2; 65. Vikario, 33-öz qapısına.
İsrail – Belçika 1:0
Qol: Şua, 86.
Xallar: Fransa – 13. İtaliya – 13. Belçika – 4. İsrail – 4.
B Liqası, 2-ci qrup
İngiltərə – İrlandiya 5:0
Qollar: Keyn, 53-pen. Qordon, 56. Qallaxer, 58. Bouen, 76. Harvud-Bellis, 79.